İsrail Sudanın qızıl və uran mədənlərini talan edir

İsrail şirkətləri Sudan Xalq Azadlıq Hərakatının şimal qanadının yardımı ilə həmin hərakatın nəzarəti altında olan mədənlərdən qızıl və uranium qaçaqmalçılığı ilə məşğuldurlar.
Maide.az beynəlxalq KİV-lərəistinadən xəbər verir ki,  Cənubi Kordofan əyalətinin yerli ağsaqqallarından olan Həsən Abdulla Dudu deyib ki, İsrail şirkətləri qızıl və uraniumu mədəndən çıxarır və işğal olunmuş Fələstin torpaqlarına aparır.
O deyib ki, İsrail şirkətləri qızıl və uraniumu Sudanın Kaduqli bölgəsində “Um-Sardaba” iqtisadi-stratejik şəhərin mədənlərindən çıxarır və talan edir. 
Sudan KİV-lərinin məlumatına görə, qiyamçılar mədənlərdən əldə etdiyi gəlirlə hərbi fəaliyyətlərini və özlərini gücləndirirlər.
 
 

Google+ WhatsApp ok.ru