İsrail Suriyanın mərkəzində bir hərbi qərargahı hədəfə alıb, havadan müdafiə cavab verib 15 Yanvar 2020 10:00 Xəbərlər İşğalçı İsrail rejimi ötən gecə Suriyanın Homs əyalətinin şərqində bir hərbi hava limanını hədəfə alıb. Homs əyalətinin şərqində T4 hərbi hava limanı düşmən təyyarələri və raketləri tərəfindən hədəfə alınıb. Havadan müdafiə hərəkətə keçərək, raketlərin çoxunu zərərsizləşdirib. Məlumata görə İsrail təyyarələri hazırda Suriya-İordaniya sərhədində yerləşən və ABŞ-ın nəzarətində olan ət-Tənif bölgəsindən hücuma keçib. İşğalçı rejim ötən ayda da Dəməşq yaxınlığında bir hərbi qərargahı hədəfə almışdı. Qeyd edək ki, İsrail Suriyanın Colan Yüksəkliklərini 1967-ci ildə işğal edib. İsrail bundan savayı son 8 il ərzində Suriya ərazisini intensiv olaraq İrandan gələn hərbi yardımları bəhanə edərək, hədəfə alır. /SalamNews Teqlər : #İsrail,#Suriyanın,#mərkəzində,#bir,#hərbi,#qərargahı,#hədəfə,#alıb,#havadan,#müdafiə,#cavab,#verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqda ABŞ-ın hərbi bazasına raket zərbələri endirilib Yeni ilin əvvəli ilə müqayisədə bazarda bahalaşma var