İsrail və Həmas razılığa gəldi

Atəşkəs rejiminin sabahdan qüvvəyə minəcəyi iddia edilir

Sionist İsrail rejimi və Həmas təşkilatı atəşkəs rejiminin elan edilməsi ilə bağlı razılığa gəliblər. Maide.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər yayıb.

Xəbərə görə, İsrail və Həmas iyulun 18-i səhər saatlarından etibarən atəşkəs rejiminin qüvvəyə minməsinə dair razılığa gəliblər.

Qeyd edək ki, atəşkəs rejiminin elan olunması ilə bağlı nə Həmas, nə də İsrail hələ ki, heç bir rəsmi açıqlama verməyib.

Bir neçə gün əvvəl İsrail birtərəfli qaydada atəşkəsə razı olmuşdu. Lakin qısa müddətdə vədini pozmuşdu.

Google+ WhatsApp ok.ru