İsrail yenə Qəzzaya aviazərbələr endirdi

İsrail yenə Qəzzaya aviazərbələr endirdi

İsrail rejiminə məxsus döyüş təyyarələri Qəzza zolağına aviazərbələr endirib.

Bu barədə yerli mənbələr məlumat yayıblar.

Məlumatda vurğulanır ki, hadisə bu gün səhər saatlarında Qəzza zolağının cənubundakı Xan Yunus bölgəsində baş verib.

Əsasən HƏMAS hərəkatının hərbi qolu olan "İzzəddin əl-Qəssam" briqadalarının mövqelərinin hədəfə alındığı açıqlanıb.

Ölən və ya yaralananlar barəsində məlumat verilmir. /eastnews.org/ 

Google+ WhatsApp ok.ru