İsrail zindanlarındakı fələstinli uşaqlar külli miqdarda cərimə olunur 22 Aprel 2019 16:38 Fələstin Fələstinli Məhbusların Tədqiqat Mərkəzinin hesablamasına görə, işğalçı İsrail rejiminin hərbi məhkəmələri bu ilin ilk rübündə azyaşlı fələstinli məhbuslara qarşı 170 min İsrail şekeli (48 min ABŞ dollarına yaxın - red.) həcmində cərimə cəzaları tətbiq edib. Maide.Az "Felestin.info"-a istinadla xəbər verir ki, bu barədə açıqlama verən mərkəzin mətbuat katibi Riyad əl-Əşqarın sözlərinə görə, uşaqlar cərimə cəzalarından əlavə həbs cəzalarını da çəkməkdədirlər. Əşqarın bildirdiyinə görə, Ofer həbsxanası ilin ilk üç ayında fələstinli azyaşlı məhbuslara 170 min İsrail şekeli həcmində cərimə cəzaları tətbiq edib. O qeyd edib ki, bu cəzalar məhbusların ailələri üçün olduqca ağır maliyyə çətinliyi yaradır, işğalçı rejiminin məhkəmələrinin təyin etdiyi bu cəzalar, həmçinin uşaqlara qarşı əsl terrorçuluqdur. İsrailin məqsədi bu cür sərt cəza tədbirləri ilə fələstinli uşaqların işğal əleyhinə fəaliyyət ruhiyyəsini sarsıtmaqdır. Riyad Əşqar onu da vurğulayıb ki, məhbus uşaqlara qarşı maliyyə cəzaları açıq şəkildə onların ailələrinə qarşı soyğunçuluq və təzyiqdir. Mərkəz rəsmisi insan hüquqları institutlarına müraciət edərək azyaşlı fələstinliləri İsrail rejiminin təzyiqlərindən qorumağa çağırıb. Teqlər : #İsrail,#zindanlarındakı,#fələstinli,#uşaqlar,#külli,#miqdarda,#cərimə,#olunur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşğalçı İsrail rejim bələdiyyəsi müsəlman qəbiristanlığı üzərində yəhudilər üçün bina tikmək istəyir Sionist rejim İbrahim əl-Xəlil məscidini müsəlmanların üzünə bağlayıb
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar