İsrail zindanlarından yüksələn ‘Ədalət’ hayqırtısı bəhrəsini verdi (KARİKATURA)

İsrail zindanlarından yüksələn ‘Ədalət’ hayqırtısı bəhrəsini verdi (KARİKATURA)

Ötən həftənin əvvəlində - aprelin 8-dən etibarən İsrail rejim zindanlarında saxlanılan 400 nəfərdən çox fələstinli siyasi məhbus açıq aclıq aksiyasına start vermişdilər. Məhbuslar, hətta içməli sudan da imtina etmişdilər.
 
Onlar həbsxana şəraitinin yaxşılaşdırılması və zorakılıqlara son qoyulmasını tələb edirdilər.
 
Fələstinli Məhbuslar Komitəsinin açıqlamasına görə, aclıq aksiyası 120 məhbus tərəfindən Rimon və Nəqəb həbsxanalarında başlayıb və növbəti günlərdə aksiyaya qoşulanların sayı artıb. "İkinci Şərəf döyüşü" adlandırılan aksiyaya müxtəlif həbsxanalardan məhbuslar qoşulub.
 
Məhbuslar İsrail həbsxana rəhbərliyi qarşısında dörd tələb irəli sürüblər. Birincisi, məhbuslara öz ailə üzvlərilə əlaqə saxlamağa icazə verilməsi və bu məqsədlə həbsxanada ümumi telefon aparatının quraşdırılması. İkincisi, həbsxana daxilində radio siqnalları bloklayan qurğuların ləğv edilməsi. Bu qurğuların məhbusların səhhətinə son dərəcə ağır təsir göstərdiyi bildirilir. Üçüncü tələb xüsusilə Qəzzadan olan məhbusların ailə ziyarətlərinə icazə verilməsi. Dördüncüsü isə həbsxana daxilində fələstinli məhbuslara qarşı hər cür yeni və köhnə cəza tədbirlərinə son qoyulması.
 
Misirin vasitəçiliyə işğalçı rejimin penitensiar xidmət rəhbərliyilə davam etdirilmiş danışıqlar nəticəsində məhbusların bir çox hüquqlarının təmin edilməsi barədə razılığa gəlinib. Nəhayət aprelin 16-da kütləvi aclıq aksiyasına son qoyulub./felestin.info/
 
Tanınmış fələstinli karikaturaçı Məhəmməd Səbanə mövzunu belə əks etdirib:
 

Google+ WhatsApp ok.ru