İsral rejiminin polisi Şərqi Qüdsdə bir fələstinlini öldürüb

Maide.az xəbər verir ki, İsrail rejiminin təhlükəsizlik qüvvələrinin Şərqi Qüdsdə "2 polisi bıçaqlayaraq yüngül yaraladığı" iddia edilən Fələstinlini vuraraq öldürdüyü bildirilir.
 
Maide.az xəbər verir ki, rejimin polis sözçüsü Micky Rosenfeld yazılı açıqlamasında, Şərqi Qüdsün Qədim Şəhər kimi tanınan qala divarları ilə əhatə olunmuş regionuna açılan Dəməşq Qapısı girişində bir Fələstinli 2 polisi bıçaqlayaraq yüngül yaraladığını irəli sürüb. Sözügedən Fələstinlinin polis tərəfindən döyüldüyünü bildirən Rosenfeld, hadisə yerində "geniş təhlükəsizlik tədbiri" görüldüyünü deyib.
 
İsrail mediası isə polis tərəfindən vurulan Fələstinlinin daha sonra öldüyünü yazıb.
 
İsrail rejimi qüvvələri və yəhudi mühacirlərin oktyabr ayından bu yana "təcavüz etdikləri" iddiası ilə öldürdüyü Fələstinli sayı 180-i keçib.

Google+ WhatsApp ok.ru