Sürücü dəhşətli qəzada yanaraq öldü

Sürücü dəhşətli qəzada yanaraq öldü

Masallı rayonunun Həsənli kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Maide.Az  Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, mayın 14-də saat 19 radələrində Masallı rayonunun Həsənli kəndi ərazisində kənd sakini İsa Soltanovun idarə etdiyi "ZİL" və Yardımlı rayon sakini Ü.Əbişovun idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşduqdan sonra "ZİL" markalı avtomobildə yanğın baş verib.
 
Nəticədə yanıq xəsarəti almış sürücü hadisə yerində ölüb.
 
Masallı RPŞ tərəfindən araşdırma aparılır. 

Google+ WhatsApp ok.ru