Sürücülərə şad xəbər: texniki baxışın müddəti uzadıldı!

Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışdan keçir bilməyən sürücülərə möhlət verilib. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev Lent.az-a bildirib ki, növbələrin yaranması və bir çox sürücülərin məhz son günlərdə texniki baxış mərkəzlərinə gəlməsi səbəbindən bu addım atılıb: "Biz qərara gəldik ki, sürücülərə daha bir neçə gün möhlət verək. Bu müddət ərzində yol polisi onları məsuliyyətə cəlb edib, cərimələməyəcək. Amma bəzi sürücülər gözləyirlər ki, ayın axırı olsun, ondan sonra. Əslində belə olmamalıdır".
 
Qeyd edək ki, bir neçə gündür ki, texniki baxış mərkəzlərinin xüsusi ilə Maştağa qəsəbəsinin girişindəki mərkəzdə böyük növbələr yaranıb. Hətta Zabrat yolu tıxac səbəbindən bir müddət bağlı olub. 

Google+ WhatsApp ok.ru