Sürücülərə şad xəbər - Dərnəgül prospekti açıldı

Paytaxt sürücülərinə şad xəbər var. Bakının Dərnəgül prospekti açılıb.
 
Axar.az-ın məlumatına görə, körpü və tunellər istifadəyə verilib, tıxaclara son qoyulub.
 
Uzun müddətdir ki, sürücülərin intizarla gözlədiyi bu problem axır ki, həllini tapdı. Əslində yolun oktyabrda açılacağı elan olunsa da, artıq prospekt sürücülərin istifadəsindədir.
 
Şəhərin tıxac düyünün çözülməsində mühüm rol oynayan Dərnəgül yolu bir çox ərazilərdə nəqliyyatın hərəkətini asanlaşdıracaq.
 
Ekspertlər də qeyd edirlər ki, Dərnəgül yolu açılmaqla paytaxtın tıxac problemində inqilabi irəliləyişlər olacaq. Sürücülərin verdiyi məlumata görə, yüksək səviyyədə yol-tikinti işləri aparılıb, rahatlıqla hərəkət etmək olur.
 
Sözügedən prospektin yenidən qurulmasında məqsəd 20 Yanvar dairəsi, eyni zamanda Qələbə kinoteatrının qarşısında yerləşən dairə ilə Böyükşor qovşağı arasında nəqliyyat vasitələrinin sürətli, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. /

Google+ WhatsApp ok.ru