Sürücülərin nəzərinə - Kəmər bağlamayan necə cərimələnəcək?

"Kəmər bağlamayan sürücülərin addımbaşı cərimələnə bilməsi məsələsinə aydınlıq gəlib". 
 
Maide.az  İnterAz-a istinadən xəbər verir ki, bu barədə ekspert Ərşad Hüseynov bildirib: 
 
"Yeni İnzibati Xətalar Məcəlləsində sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə elektron protokol (MMX protokol) tərtib olunması nəzərdə tutulur. Sual çıxırdı ki, sürücü hər kamera qarşısından keçəndə protokol yazılacaqmı? Yeni dəyişikliyə əsasən, eyni sürücüyə kəmərlə bağlı bir gündə yalnız bir elektron protokol tərtib edilə bilər. Amma həmin sürücüyə DYP əməkdaşı yerində saxlamaqla kəmərə görə məhdudiyyətsiz sayda protokol (cərimə) yaza bilər. Düşünürəm ki, kəmər həmişə bağlı olmalıdır. Kəməri bağlamayan sürücünü isə hər addımda cərimələmək lazımdır. 
 
Ekspert diqqətə çatdırıb ki, kəmərin taxılmaması kamerada aydın görünməyəcəksə, protokol da olmayacaq: "Bu tək paltarla bağlı deyil, işıqlanma da əsas rol oynayacaq. Hər bir halda protokola foto əlavə edilməlidir və fotoda kəmərsiz sürmə aydın görünməlidir"./
 

Google+ WhatsApp ok.ru