Sürücülərin nəzərinə: Tıxaclar barədə məlumat almağın başqa yolu...

Sürücülərin nəzərinə: Tıxaclar barədə məlumat almağın başqa yolu...

Bu ayın sonunadək yollarda tıxacları interaktiv şəkildə nümayiş etdirən sistem “GoMap” elektron xəritəsinin mobil tətbiqinə inteqrasiya ediləcək. Bu barədə Trend-ə SINAM şirkətində məlumat verilib.
 
SINAM şirkəti Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış “GoMap” layihəsinin icraçısıdır.
 
Bu sistem elektron xəritənin Web versiyasında artıq mövcuddur.
 
Sürücülərin tıxaclar barədə məlumatlandırılmasının yeni üsulu FM diapazonlu radiokanallardan istifadə edəcək. Nəqliyyat hərəkətinin daha sıx olduğu yerlər mobil elektron xəritədə qeyd olunacaq. /

Google+ WhatsApp ok.ru