Sürücülərin diqqətinə: bu cəzanın cəriməsi 6 dəfə artırılır 31 Mart 2017 01:00 Ölkə Dəyişiklik layihəsi Milli Məlicisin plenar iclasında müzakirəyə çıxarılacaq Azərbaycanda nəqliyyat vasitələrini və ya yolları yararsız vəziyyətə salma əməlinə görə tətbiq olunan cəzanın cəriməsi 6 dəfə artırılır. "Report"un xəbərinə görə, Cinayət Məcəlləsinə 266-cı maddəsinə əsasən, dağıtmaq, zədələmək və ya başqa üsulla yolların, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlığının yararsız vəziyyətə salınması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya külli miqdarda ziyan vurulmasına səbəb olduqda 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Burada cərimənin miqdarının 3 min manatdan 6 min manatadək artırılması təklif edilir. Bundan başqa, Məcəllənin 267-ci (Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozma) maddəsinin cəzasının cəriməsinin miqdarının 2000 manatdan 3 min manatadək artırılması təklif olunur. Hazırkı qanunvericiliyə görə, bu miqdar 1000 manatdan 2000 manatadəkdir. Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq. / Teqlər : #Sürücülərin diqqətinə: bu cəzanın cəriməsi 6 dəfə artırılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabaha olan hava proqnozu açıqlanıb Xırdalanın bir hissəsi işıqsız qalıb