Sürücülərə qış fəsli ilə bağlı vacib TÖVSİYƏLƏR

Sürücülərə qış fəsli ilə bağlı vacib TÖVSİYƏLƏR

-- Avtomobil qış fəslinə necə hazırlanmalıdır?

Artıq qış fəslinə daxil olduq. Bu fəsildə avtomobilə necə qulluq edilməlidir və nə kimi addımlar atılmalıdır? Avtomobil qış fəslinə necə hazırlanmalıdır? Bununla bağlı məşhur usta Sahil usta sürücülərə öz tövsiyyələrini verib.
 
Madie.Az bildirir ki, Avtosfer.az-a danışan Sahil usta bildirib ki, qış fəslində ilk olaraq diqqət edilməli məqam avtomobilin şinləridir. “Yaxşı olardı ki, sürücülər şinləri qış fəslinə uyğunlaşdırsınlar. Yeni şinlərdən istifadə etmək də tövsiyyə edilir. Çünki şinlər nə qədər təzə olarsa sürüşmə və qəzaların sayı da azalar.”
 
Sahil usta bildirib ki, digər mühüm məsələ avtomobilin şüşəsilənlərinin dəyişdirilməsidir. “Şüşəsilənlər normal işləməlidir. Qarlı və yağışlı havada sürücüyə qarşıdakı maneəni görməyə şərait yaratmalıdır. Həmçinin salona keçid filtirləri dəyişməlidir. Çünki bu, şüşənin tərləməsinin qarşısı alır”.
 
Əyləc mayeləri və antifrizlərin donmaya qarşı həssas növləri ilə dəyişdirilməsinin vacibliyini önə çəkən Sahil usta bildirib ki, bu, donmanın qarşısı almaq üçündür. 
 
Vacib məqamlardan biri də yanacaq çəninin təmizlənməsidir. “Əksər yanacaqdoldurma məntəqələrində olan iri çənlərdə yay aylarında buxarlanma gedir və su yığılır. Həmin su isə yanacaqla bərabər bizim avtomobilimizin çəninə vurulur. Qışda həmin su aşağıda qalır və donur. Bunun nəticəsində də avtomobilə yanacaq gəlmir. Bu məsələ də diqqətdə saxlanmalıdır.”
 
Qış aylarında avtomobillərin termostatının yoxlanması vacib şərtdir. Çünki avtomobil tam qızmasa o zaman yanacaq sərfiyyatı 15 faizək arta bilər.
 
Sonda Sahil usta sürücülərə xüsusən qar yağanda diqqətli olmağı və sağ-sol manevrər etməməyi tövsiyyə edib.
 

Google+ WhatsApp ok.ru