Sürücülər, diqqət! : Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Sürücülər, diqqət! : Bu yollarda hərəkət məhdudlaşdırılacaq

-- Sabunçu yol qovşağından Hava limanı yol qovşağınadək...

Bakı şəhərində bəzi yollarda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.  
 
Maide.Az bildirir ki, bu barədə Lent.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib. Məlumata əsasən, bu gün səhər saat 11:00-dan axşam saatlarınadək Heydər Əliyev prospektinin Sabunçu yol qovşağından Hava limanı yol qovşağınadək olan hissəsində, axşam saat 23:00-dan səhər saatlarınadək isə əks istiqamət üzrə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
 
Bu məqsədlə prospektin sözügedən hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
 
Sürücülərdən göstərilən vaxt ərzində Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
 

Google+ WhatsApp ok.ru