Sürücülər cərimələri `MilliÖN`də ödəyə biləcəklər

Sürücülər cərimələri `MilliÖN`də ödəyə biləcəklər

-- Gələcəkdə ödəmə terminalları vasitəsilə...

“MilliÖN” terminallarında yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi mümkün olacaq.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə həmin terminalların quraşdırılması və servisi ilə məşğul olan “Komtec” şirkətindən bildiriblər.
 
Qeyd olunub ki, inteqrasiya üzrə işlər “AsanPay” sistemi üzərindən aparılır:
 
“MilliÖN” terminallarında yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələrin ödənilməsi yaxın günlərdə mümkün olacaq”.
 
Gələcəkdə ödəmə terminalları vasitəsilə vergi və gömrük rüsumlarının ödənilməsi də nəzərdə tutulur.
 

Google+ WhatsApp ok.ru