Sürücülər və piyadalar! Cərimələri `eManat` terminallarında ödəmək mümkündür

Sürücülər və piyadalar! Cərimələri `eManat` terminallarında ödəmək mümkündür

-- inteqrasiya işləri “AsanPay” sistemi üzərindən aparılıb

Yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələri və gömrük ödəmələrini “eManat” terminalları vasitəsilə həyata keçirmək mümkündür.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə ödəmə terminallarının quraşdırılmış mərkəzi “Modenis” şirkətindən bildiriblər.
 
Məlumatda qeyd olunur ki, inteqrasiya işləri “AsanPay” sistemi üzərindən aparılıb:
 
“Bizi “AsanPay”lə əməkdaşlığı genişləndirmək niyyətindəyik. Bu, “eManat” terminalları vasitəsilə dövlət rüsumları üzrə ödəmə imkanlarını genişləndirəcək”.
 
Qeyd edək ki, “eManat” terminallarının sayı 2,2 min ədəddir. Bu şəbəkədə 160-dan ödəmə xidməti mövcuddur.
 

 

Google+ WhatsApp ok.ru