Sürücülük vəsiqələri ilə bağlı mühüm dəyişiklik gözlənilir

Sürücülük vəsiqələri ilə bağlı mühüm dəyişiklik gözlənilir

Azərbaycanın sürücülük vəsiqələrinin xaricdə tanınmasına mane olan amil aradan qaldırılır.
 
Maide.Az bildirir ki, bununla bağlı qanunvericiliyə dəyişiklik edilir.
 
Belə ki, sürücülük vəsiqəsindəki məlumatlar ingilis dilində təkrarlanacaq. 
 
Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan sürücülük vəsiqələrində latın əlifbasında olmayan hərflərin - “ə”, “ğ”, “ö”, “ü” işlənməsi vəsiqələrin xaricdə tanınmasına mane olur.
 
Qanun layihəsi parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.  

Google+ WhatsApp ok.ru