Sürücülük vəsiqəsini dəyişmək ASAN-laşdı

Sürücülük vəsiqəsini dəyişmək ASAN-laşdı

İtirilmiş sürücülük vəsiqəsi əvəzinə yenisini almaq və xarici ölkələrdə alınmış vəsiqəni milli vəsiqəyə dəyişmək artıq ASAN Xidmətə həvalə olunub.
 
Axar.az xəbər verir ki, bu barədə məlumatı hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov verib.
 
Xatırladaq ki, indiyə qədər yuxarıda qeyd edilən iki halda vəsiqəni yalnız Dövlət Yol Polisinin qeydiyyat, imtahan və texniki baxış şöbələrində dəyişmək olurdu.
 
17 yanvar 2019 tarixli fərmanın icrasına başlanandan sonra belə xidmətlərin fəaliyyət sahəsi ilə əhatə olunan bütün rayon və şəhərlərin sakinləri də vəsiqəni ASAN xidmət mərkəzlərində dəyişə biləcəklər.
 

Google+ WhatsApp ok.ru