Sürücüsüz avtomobillər üçün ilk dayanacaq istifadəyə verilib - VİDEO

Sürücüsüz avtomobillər üçün ilk dayanacaq istifadəyə verilib - VİDEO

Almaniyanın “Bosch” və “Daimler” Şirkətlər Qrupu sürücüsüz avtomobillər üçün dünyada ilk dayanacaq inşa edib.
 
Maide.Az “ICTnews”a istinadən xəbər verir ki, sürücüsüz avtomobillərin parklanmasını asanlaşdırmaq məqsədi daşıyan yeni qaraj boş parklama yerlərinin mövcudluğunu avtomatik izləyərək məlumatları avtomobilə ötürən kompüterləşdirilmiş sistemlə təchiz edilib.
 
Məlumata görə, mobil proqram vasitəsilə sürücü yola düşməzdən əvvəl sistemlə yer tuta və digər işlər görə bilər. Məsələn, sürücü qaraja daxil olan zaman nəqliyyat vasitəsini xüsusi zonada qoyaraq salonu tərk edir və proqramda dayanacaqda yerdəyişməyə hazır olmasını qeyd edir. Sonra alqoritm maşınla əlaqə saxlayır. Öz  növbəsində avtomobil əldə olunan informasiya və cihazların göstəriciləri vasitəsilə yeni yerə doğru hərəkət edir.
 
Mütəxəssislərin sözlərinə görə, miqyası genişləndirilən texnologiya adi parklama zonalarında quraşdırıla bilər. Texnologiyanın tətbiqinin hətta əvvəlcədən sürücüsüz avtomobillər üçün nəzərdə tutulmayan dayanacaqlarda boş yerlərdən istifadənin səmərəliliyini 20 faiz bənd artırmağa kömək edəcəyi nəzərdə tutulur.

Google+ WhatsApp ok.ru