Sürüşmələr aktivləşib, bəzi yerlərdə yeni sürüşmə sahələri yaranıb - AYLIQ STATİSTİKA

Sürüşmələr aktivləşib, bəzi yerlərdə yeni sürüşmə sahələri yaranıb - AYLIQ STATİSTİKA

“Ötən ay Zığda aparılan monitorinqlər nəticəsində lokal sahələrdə sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunub. Tikililərin divarlarında quraşdırılmış mayaklarda müxtəlif ölçülü çatlar əmələ gəlib. Prosesin dinamikasında aktivlik atmosfer yağıntılarının təsirindən baş verib”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
 
O bildirib ki, Masazırda M. İbrahimov küçəsi boyunca uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb, habelə Masazır qəsəbəsi, “Zəli gölü” adlanan ərazidə atmosfer yağıntılarının təsirindən sürüşmə və uçqun prosesinin dinamikasında nisbi aktivlik baş verib.
 
Ekspedisiya rəisinin sözlərinə görə, Astarada Kijəbə sürüşmə sahəsində ay ərzində kənd ərazisində mövcud sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən çatların ölçüləri artıb: “Astarada Deqədi-Pəlikəş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-liyi ay ərzində mövcud uçqun və sürüşmə sahələrində aktivlik qeydə alınıb və eynilə də yol boyu lokal oturma-çökmə sahələri əmələ gəlib. Rayonun Motlayataq və Miki sürüşmə sahələri ay ərzində atmosfer yağıntılarının təsirindən aktivləşib. Lerikdə Veri-Əliabad sürüşmə sahəsində mövcud olan çatların ölçüləri qismən artıb. Lənkəran-Lerik yolunun 27-29-cu km-liyi sürüşmə sahəsində aktivlik davam edir. Lənkəran-Lerik yolunun 17-19, 45-47-ci km-liyi sürüşmə sahələrində aktivləşmə müşahidə edilib. Lənkəranda Gəgiran sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən aktivlik baş verib və bir neçə yerdə uçqun tipli sürüşmə sahəsi əmələ gəlib. Masallıda, Zuvand sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb. Cəlilabadda, Sadatlı sürüşmə sahəsində prosesin dinamikasında aktivlik müşahidə olunub. Sürüşmə sahəsinin parametrlərində artım qeydə alınıb və bir neçə yerdə yeni lokal sürüşmə sahəsi yaranıb. Cəlilabad - Cəngan -Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin parametrlərində artım baş verib”.
 
Gədəbəydə Pirdağ və Arıqıran sürüşmə sahələrində nisbi aktivliyin baş verdiyi vurğulayan Ə. Qaralov qeyd edib ki, Xızı-Altıağac avtomobil yolunun 1-ci, 11-15-ci km-də sürüşmə sahələrində çatların ölüçlərində artım qeydə alınıb: “Siyəzəndə Sədan və Şabranda Baş Əmirxanlı sürüşmə sahələrində aktivlik müşahidə olunub. Şabranda, Surra sürüşmə sahəsində nisbi aktivlik qeydə alınıb və rayonun Qazbabalı sürüşmə sahəsində prosesin dinamikasında aktivlik baş verib. Ay ərzində aparılmış müşahidələr nəticəsində sürüşmə sahəsi üzərində olan çatların parametrlərində ciddi artım qeydə alınıb. Quba-Xınalıq avtomobil yolunun 37-46-cı km-də sürüşmə sahəsi müşahidə reperlərin üzərində nisbi hərəkət müşahidə olunub. Qobustanda Poladlı və Çuxanlı sürüşmə sahələri də aktivləşib”.
 
Ə. Qaralov deyib ki, Şamaxı şəhəri 48-A məhəlləsi mövcud sürüşmə sahəsinin dinamikasında ciddi artım qeydə alınıb: “Sürüşmə sahəsinin parametrləri artaraq eni 80-90, uzunluğu 450-500 metrə çatıb. Bakı – Şamaxı avtomobil yolunun 106 - 111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi qeydə alınıb. Şamaxının Cabanı, Dədəgünəş, Saqiyan, Qaravəlli, Muğanlı, Mədrəsə və Meysəri sürüşmə sahələrində aktivlik müşahidə olunub. Habelə Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə sahəsi sahədə sürüşmə prosesi aktivləşib, nəticədə uçqun-töküntü hadisələri qeydə alınıb. Ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri yaranıb. Şamaxının Çuxuryurd-Qızmeydan avtomobil yolu sürüşmə sahəsi bu ay ərzində atmosfer yağıntılarının intensivliyi nəticəsində sürüşmə-çökmə prosesləri baş verib. 
 
Muğanlı – İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-də sürüşmə sahələrində yol boyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsindən ərazidə aktivlik qalmaqdadır. İsmayıllıda, Xankəndi, İstisu və Sədiyan sürüşmə sahələrində ay ərzində aktivlik müşahidə edilib. Basqal-Sulut avtomobil yolunun 10-cu km-liyi ay ərzində aparılmış monitorinq zamanı sürüşmə sahəsində aktivlik müşahidə olunub”.

Google+ WhatsApp ok.ru