Sürüşmə sahəsindən təzə xəbər var

Sürüşmə sahəsindən təzə xəbər var

«Badamdar qəsəbəsi ilə 20-ci Sahə arasındakı ənənəvi torpaq sürüşməsi olan zonada gərginlik hələ də qalmaqda davam edir».
 
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib. Onun sözlərinə görə, proses dinamikasında aktivlik qalır.
 
«Digər bir məlumat budur ki, fevralın 16-da Badamdar qəsəbəsi 3-cü massiv, ev 179 C olan ərazidə uçqun baş verib və buna səbəb kimi insan amili göstərilir», - ekspedisiya rəisi bildirib.
 
Ə.Qaralov aldığı məlumata əsasən vurğulayıb ki, həmin ərazidə 3 yaşayış evi yerləşir, uçqun olan torpaq kütləsi bu evlərdən birinə çatmayıb, ikinci evə dirənib dayanıb. Evlərdən birinin divarında deformasiyalar yarandığı, uçqun olan torpaq qatının yolu kəsdiyi qeyd edilir.
 

Google+ WhatsApp ok.ru