ÜST: 30-70 yaş arası ölümlərin böyük əksəriyyəti qeyri-infeksion xəstəliklərdən baş verir 19 Dekabr 2019 12:23 Dünya "Dünyada qeyri-infeksion xəstəliklər ən çox ölümə səbəb olan xəstəliklər sırasındadır" Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları" mövzusunda keçirilən II Milli Konfransda deyib. Onun sözlərinə görə, 30-70 yaş arası ölümlərin böyük qismini qeyri-infeksion xəstəliklər təşkil edir: "Bu ölümlərin qarşısı alına bilər. Əsas olan hamımızın bir yerdə işləməyimizdir. Qeyri-infeksion xəstəliklər deyərkən ilk iki sırada ürək infarktları və insult durur. Onların ortaya çıxmasına səbəb daha çox duz istehlakı, hərəkətsizlik, piylənmə və tütündən istifadədir. Hamımız bilirik ki, risklərin qarşısını ala bilsək, 30-70 yaş arası baş verən ölümlərin önəmli qismini azalda bilərik. İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (ISIM) həyata keçirdiyi STEPS sorğusu bizə bu problemlərlə bağlı önəmli rəqəmlər verdi. Bilməliyik ki, bu problemlərlə mübarizə təkcə Səhiyyə Nazirliyinin görə biləcəyi iş deyil. Lazım gələrsə, ölkədə duz istehlakının azaldılması üçün bir çox qurumun bir araya gəlməsi lazım olacaq". /Report Teqlər : #ÜST:,#3070,#yaş,#arası,#ölümlərin,#böyük,#əksəriyyəti,#qeyriinfeksion,#xəstəliklərdən,#baş,#verir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çindən Məsut Özillə bağlı daha bir radikal qərar Özbəkistanda metro tikintisində 6 fəhlə həlak olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO