ÜST: ‘2030-cu ilə qədər 4,5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər’

ÜST: ‘2030-cu ilə qədər 4,5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər’

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hepatit ilə bağlı hesabatını açıqlayıb.
 
Maide.Az xəbər verir ki, bu barədə təşkilatın araşdırmalar şöbəsinin müdiri Mark Baltreys bildirib ki, dünyada 325 milyondan çox  insan Hepatit B və C virusuna yoluxub.
 
Belə ki, 257 milyondan çox insan hepatit B, 71 milyon xroniki Hepatit C infeksiyası ilə yaşayır. Ümumən 430 milyon insan lazımi müalicə almasa xəstəlikdən öləcək.
 
Mark Baltreys onu da vurğulayıb ki, xəstəliyə qarşı mübarizəyə ildə 6 milyard dollar sərmayə qoyulmasa, 2030-cu ilə qədər 4.5 milyon insan müxtəlif növ hepatitlərdən ölə bilər.  /Report
 

Google+ WhatsApp ok.ru