ÜST-dən Yəmənlə bağlı xəbərdarlıq - Virus fəlakət həddinə çatıb

ÜST-dən Yəmənlə bağlı xəbərdarlıq - Virus fəlakət həddinə çatıb

-- işğala məruz qalan Yəməndə...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yəmənin Hudeydə şəhərində kolera virusunun artdığını açıqlayıb.
 
Maide.Az İHA-ya istinadən xəbər verir ki, 2015-ci ildən Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin hücumuna məruz qalan Yəməndə səhiyyə sistemi çöküb, kütləvi xəstəliklər fəlakət səviyyəsinə çatıb.
 
ÜST-dən Hudeydənin sağlamlıq baxımından hazırda Yəmənin ən pis vəziyyətdə olan bölgəsi olduğunu bildirilib.
 
Vəziyyətin hər gün daha da pisləşdiyi barədə xəbərdarlıq edən qurum, problemin həll edilməsi üçün çağırış edib.
 
Qeyd edək ki, işğala məruz qalan Yəməndə aclıq və susuzluq səbəbindən kütləvi xəstəliklər və ölümlər baş verir.
 

Google+ WhatsApp ok.ru