ÜST-dən Trampa cavabı: 'Qərara görə təəssüf edirik'

ÜST-dən Trampa cavabı: 'Qərara görə təəssüf edirik'

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Ghebreyesus ABŞ prezidenti Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatına ayrılan fondu dayandırmaq qərarından təəssüfləndiyini bildirdi.

 
Maide.Az xəbər verir ki, "ÜST və ABŞ uzun müddətdir əməkdaşlıq edir və ümid edirəm gələcəkdə də belə olacaq. ABŞ Ümumdünya Səhiyyə Təşkilatının çoxdankı səxavətli dostudur", - deyə Ghebreyesus əlavə edib.
 
Ghebreyesus təşkilatın Trampın qərarından sonra yaranan zərərləri qiymətləndirəcəyini və digər tərəfdaşlarla görüşərək ortaya çıxan maliyyə boşluğunu doldurmağa çalışacağını da açıqlayıb. Ghebreyesus ÜST-nin Trampın verdiyi qərar üçün "pis vaxt" olduğu barədə fikirlərini də təkrarlayıb.
 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi nümayəndəsi David Nabarro Trampa səslənərək, "unutmayın ki, bu müddətdə maliyyələşməni geri çəkməyiniz və ya ÜST ilə əlaqədar açıqlamalar verməyinizi təkcə ÜST-ə təsir etməyəcək. Bu vəziyyət hazırda dünyanın bütün xalqlarının sağlamlığına aiddir. Dünyadakı hər bir insan artıq bir ictimai səhiyyə işçisidir. Hər kəs məsuliyyəti öz üzərinə götürüb. Hər kəs bir şeyi qurban verir. Bu doğru zaman deyil."
 
ABŞ Nümayəndələr Palatasının prezidenti Nensi Pelosi isə prezident Donald Trampın qərarının qanunsuz olduğunu bildirib. "Prezidentin koronavirusu pandemikasına qarşı qlobal mübarizəyə rəhbərlik üdən ÜST-ə maliyyə dəstəyini dayandırması mənasızdır. Bu qərar təhlükəlidir və qanunsuzdur."

Google+ WhatsApp ok.ru