ÜST: Ötən il dünyada 1,3 milyon insan vərəmdən ölüb

ÜST: Ötən il dünyada 1,3 milyon insan vərəmdən ölüb

Ötən il dünyada, təxminən, 1,3 milyon insan vərəm xəstəliyindən dünyasını dəyişib.
 
Maide.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında məlumat verilib.
 
Belə ki, həmin müddətdə, təxminən, 10 milyon insan vərəmə yoluxub. Həmin şəxslərdən 3,2 milyonu qadın, 1 milyonu uşaq olub. Bundan başqa, vərəmə yoluxanların 90 faizi 15 yaşdan yuxarı olub. Bu xəstəlik ən çox Afrika və Asiyada müşahidə edilib.
 
Eyni zamanda xəstəliyin müalicəsində istifadə edilən antibiotiklərdən istifadə edənlərin sayı 558 min nəfər olub.

Google+ WhatsApp ok.ru