`İstəsələr İŞİD-i bir həftə ərzində yer üzündən silərlər`

Politoloq Razi Nurullayev İŞİD-in arxasında böyük dövlətlərin olduğunu açıqlayıb. Razi Nurullayevin öz statusunda bildirir:

"IŞİD-in bu gün əldə etdiyi uğurları heç də onun güclü olması ilə bağlı deyildir. Məsələ burasındadır ki, hər bir terror qruplaşmasının, dini təşkilatların və dini cərayanların arxasında dayanan və onlar üzərindən regionda maraqlarını təmin etməyə çalışan xarici güclər var.

Əminəm ki, ABŞ, Türkiyə və digər NATO gücləri İŞİD-i bir həftə ərzində yer üzündən silə bilərlər. Bunun üçün sadəcə olaraq, İraqın baş naziri Nuri Al-Malikiyə hərbi yardım etmək, peyk vasitəsilə alınan gizli məlumatları ötürmək və hərbi məsləhətçilər göndərmək lazımdır.

Amma, bunu adı çəkilən güclər istəyirmi? Əsla.

Həm ABŞ, həm də Türkiyə İraqın indiki şiə hakimiyyətinin devrilməsini istəyir. Çünki, Maliki bütün İraqın sahibi ola bilmədi. Onun son illər yeritdiyi siyasət ABŞ və Türkiyənin də iqtisadi maraqlarına ciddi ziyan vurdu. Neft və qaz anlaşmaları üzərindən Malikinin siyasəti oyunlar Türkiyəni çox pis vəziyyətə qoydu.

Buna görə də adı çəkilən dövlətlər Nuri Al-Malikinin hakimiyyətdən getməsini tezləşdirmək istəyirlər. Bu məsələdə İŞİD-lə adı çəkilən dövlətlərin maraqları üst-üstə düşüb.

Bu hadisə baş verəndən sonra adı çəkilən ölkələr addım atacaqlar. Ola bilsin ki, bu hadisədən sonra Türkiyə İraqa qoşun yeritsin və ikinci İraq ABŞ-müharibəsində cürət edib atmadığı addımları atsın. Türkmənlərin yaşadığı əraziləri öz himayəsinə götürsün.

Hal-hazırda İraqda baş verən hadisələr İraqın bir neçə yerə parçalanmasının xəbərçisidir".

Google+ WhatsApp ok.ru