İstanbulda antiterror əməliyyatı: 66 nəfər saxlanıldı

Bu gün gecə saatlarında İstanbulda İnqilabçı Xalq Azadlıq Partiyası Cəbhəsi (DHKP-C) və İŞİD-ə qarşı eyni vaxtda genişmiqyaslı əməliyyat keçirilib.   
 
Axar.az xəbər verir ki, DHKP-C əməliyyatında 12, İŞİD əməliyyatında isə 50 nəfər şübhəli şəxs qismində saxlanılıb.   
 
Digər tərəfdən İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi səhər saat 04:00 radələrində Ataşehir və Sarıyerdə DHKP-C-ə aid ünvanlarda əməliyyat keçirib. Bir neçə yerdə aparılan əməliyyat nəticəsində ümumilikdə 66 nəfər saxlanılıb. /

Google+ WhatsApp ok.ru