İstanbulda Həzrət Rüqəyyənin (ə) şəhadəti münasibəti ilə marasim keçirilib- FOTO

İstanbulda Həzrət Əbu-Talib məscidində İmam Hüseynin (ə) kiçik qızı həzrət Rüqəyyənin (ə) şəhadəti münasibəti ilə mərasim keçirilib. 
Maide.az xəbər verir ki, Əhli – Beyt aşiqlərinin izdihamlı iştirakı ilə keçirilən mərasimdə ilk öncə Quran tilavət olundu.
Əhli Beyt alimi Əli Salmanlı həzrət Rüqəyyənin (ə) şəhadəti və bu günün önəmindən danışıb.
Daha sonra Kərbəla əsirləri" adlı teatr icra olundu və Əhli- Beyt (ə) aşiqlərini göz yaşına boğdu. 
Mərasimdə həmçinin Əhli-Beyt (ə) şairləri şerlər oxudu və əzadarlıqla başa çatdı. /
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru