İstanbulda Halal Expo Dünya Sərgisi başa çatıb

İstanbulda Halal Expo Dünya Sərgisi başa çatıb

 
28 Noyabrda  İstanbulda   İslam Əməkdaşlıq Təşkilatının himayəsi altında keçirilən yeddinci Dünya Halal Expo sərgisi başa çatıb.
 
Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, Beşinci Dünya Halal Sammiti də burada keçirildi.
 
“Bütün nəsillər üçün halal: Ailə və gəncliyin əhəmiyyəti” mövzusunda keçirilən sərgi və konfransda  400-ə yaxın mütəxəssisin, 40 min ziyarətçinin və 50 ölkədən 9 min xarici nümayəndə iştirak edib. Bunlar qida, içki, emal və qablaşdırma, otel və restoran işi, kosmetika, fərdi qulluq məhsulları, sağlamlıq məhsulları, İslam maliyyəsi, media, dövlət qurumları, halal sertifikatlaşdırma, qeyri-kommersiya təşkilatları və təhsil kimi sahələrdə çalışan nümayəndələr idi.

2017-ci ildə qlobal halal iqtisadiyyatı 4 trilyon dollar təşkil etdiyi halda, mütəxəssislər 2021-ci ilə qədər bunun 7 trilyon dollara çatacağını təxmin edirlər.
 
İslam maliyyəsinin həcminin 3,5 trilyon dollar, qida və içki sektorunun 1,9 trilyon dollar, ənənəvi geyim sektorunun isə 243 milyard dollar olacağı gözlənilir. Yaxın gələcəkdə halal iqtisadiyyatın dünya bazarını formalaşdıracağı gözlənilir.
 
Əfqanıstan, Avstraliya, Braziliya, Böyük Britaniya, Kanada, Kolumbiya, Misir, Almaniya, İran, İspaniya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, ABŞ, Türkmənistan, Özbəkistan, İsveç, İsveçrə, Cənubi Koreya və s. şirkətlərinin nümayəndələri ən yaxşı satınalma menecerləri və investorları ilə görüşmək imkanı əldə ediblər.
 
Türkiyədə 15 milyard dollara yaxınlaşan halal qida bazarı hər il 100% böyüyür. Mütəxəssislərin fikrincə, bu il daxili bazar təxminən 30 milyard dollara çatacaq.

Google+ WhatsApp ok.ru