İstanbuldakı partlayışda Azərbaycan vətəndaşı öldü -YENİLƏNİB

İstanbulda törədilən terror aktı nəticəsində yaralanan şəxslərdən biri Azərbaycan vətəndaşıdır.
 
APA-nın xəbərinə görə, bu barədə Türkiyənin NTV kanalına məlumat yayıb. Onun Haseki xəstəxanasına yerləşdirildiyi bildirilir.
 
Qeyd edək ki, hadisə nəticəsində 11 nəfərə ölüb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3 nəfərin vəziyyəti ağırdır. Bu gün səhər saatlarında Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib. Sonra ikinci partlayış törədilib. Partlayışdan sonra polis əməkdaşları havaya atəş açıb. /
 
***
İstanbulda partlayışda ölənlərin arasında 1 nəfər azərbaycanlı olduğu bildirilir.

Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı TRT Haber yayıb.

Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, azərbaycanlı olduğu deyilən mərhumun şəxsiyyəti müəyyənləşdirilir.

Google+ WhatsApp ok.ru