İstanbulda mebel fabriki yanır - Ölən və yaralananlar var

İstanbulda mebel fabriki yanır - Ölən və yaralananlar var

İstanbulun Kartal rayonunda yanğın baş verib. Trend-in məlumatına görə, yanğın mebel fabrikində başlayıb.
 
İlkin məlumata görə, yanğın nəticəsində 1 nəfər ölüb, 5 nəfər tüstüdən zəhərlənib.
 
Hazırda hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.
 
 Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.
 

Google+ WhatsApp ok.ru