İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü

İstanbuldan Bakıya gələn avtobus qəzaya düşdü

Türkiyənin İstanbul şəhərindən Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu Gürcüstan sərhədində qəzaya uğrayıb.
 
 Maide.Az  Oxu.az-a istinadən məlumatına görə, sərnişinlər Gürcüstan sərhədində endikdən sonra avtobus iritonnajlı yük maşını ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
 
 50 nəfərə qədər sərnişin Gürcüstan-Azərbaycan sərhədində neytral zonada altı saatdan çox gözləməli olub. Altı saat sonra problem həll olunub və hazırda avtobus Bakı istiqamətində hərəkət edir.
 

Google+ WhatsApp ok.ru