İstanbulda İran Film Həftəsi işə başlayıb 03 May 2016 01:00 Mədəniyyət İstanbulun Aydın Universitetində İran kinosunun sevənləri və tələbələr üçün İran Film Həftəsi işə başlayıb. Maide.Az İRNA-ya istinadən xəbər verir ki, İran Film Festivalı İranın İstanbuldakı konsulluğunun mədəniyyət şöbəsinin təşəbbüsü və Aydın Universitetinin əməkdaşlığı ilə keçirilir. Yaxın günlərdə,İranın bir filmi nümayiş etdiriləcək. Aydın Universitetinin rektoru xanım Yadigar İzmirli bu mərasimin açılış zanaı etdiyi çıxışında İran kinosunu düzgün və səmimilik məktəbi adlandırıb və deyib: İran kinosu az büdcə ilə neçə milyon dollarlıq büdcəsi olan Hollivud kinosu qarşısında elə qüdrətli şəkildə özünü əks etdirdi ki, dünya kinosunun ən yaxşı nümunələrindən birinə çevrilə bilir" İran İslam Respublikasının İstanbuldakı baş konsulu Möhsün Murtəzayifər də etdiyi çıxışında İran və Türkiyənin müştərək tarixi və mədəniyyətini qeyd edərək deyib: "İki ölkənin mədəni əməkdaşlıqları siyasi və iqtisadi münasibətlərlə yanaşı yüksələn xətt istiqamətində olmalıdır." / Teqlər : #İstanbulda İran Film Həftəsi işə başlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyada Xristian və Yəhudiləri üçün Məhəmməd Peyğəmbər (s) filminin nümayişi baş tutdu Iran filmi Kann Beynəlxalq Film Festivalında iki mükafat aldı
Azərbaycan XİN: İşğal olunmuş ərazidəki Azıx mağarasında qanunsuz arxeoloji qazıntı aparan əcnəbilərlə bağlı tədbir görüləcək