İstanbulda seçki nəticəsinin ləğv edilməsi kəskin tənqid olunur

İstanbulda seçki nəticəsinin ləğv edilməsi kəskin tənqid olunur


Türkiyənin ana müxalifət partiyası CHP-nin namizədi kimi İstanbulda keçirilən bələdiyyə seçkisinin qalibi olmuş Ekrem İmamoğlu İstanbul seçkisi nəticələrinin ləğv edilməsi qərarını pisləyib və bunu “sırf diktatorluq” adlandırıb.

O İstanbulun mərkəzinə toplanmış minlərlə tərəfdarı qarşısında etdiyi çıxışda Ali Seçki Şurasının qərarını “xəyanətkar” adlandırıb və deyib ki, mübarizəsini dayandırmayacaq:

“Onlar bizim qazandığımız seçkini bizdən almaq istəyirlər. Siz bəlkə də məyussunuz, amma ümidinizi heç vaxt itirməyin”.

Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati Piri deyib ki, bu qərar ölkədə hakimiyyətin seçki vasitəsilə dinc ötürülməsinə olan etimada son qoyub.

Reuters agentliyi İstanbulun bir çox məhəllələrindən etiraz olaraq döyəclənən qazan səslərinin gəldiyini xəbər verir.

İstanbulda seçki nəticələrinin ləğvi qərarından dərhal sonra lirənin məzənnəsi kəskin düşüb. /azadliq.org/

Google+ WhatsApp ok.ru