İstanbulda sionist rejimə qarşı aksiya keçirilib- FOTO

Mavi Mərmərə olayından sonra İsrail rejimi ilə Türkiyənin əlaqələri pozulmuşdu. Sürixdə tərəflər arasında əlaqələrin bərpasına dair əldə edilən ilkin razılaşmadan sonra münasibətlərin yenidən bərpa edilməsinə qarşı İstanbulda etiraz aksiyası keçirilib. 
Maide.az xəbər verir ki,  insan haqları təşkilatları və fəallar əllərində üzərində “Sionist İsrail rejimi xalqların dostu deyil, qatilidir”, “İsrail ilə anlaşma ümmətə və insanlığa qarşı suçdur, xəyanətdir” , “Şəhidlərin qanı satılıq deyildir” və sair şüarlar yazılmış plakartlar tutmuş,  AKP hökumətinin yürütdüyü siyasəti tənqid ediblər. Etirazçılar həmçinin “AKP hesab verəcək” kimi şüarlar səslənidiriblər. 
Aksiyanın sonunda bəyanat oxunub. Bəyanatda bildirilir: “Qatil və sionist rejim İsrailə hər hansı bir anlaşmayı  qəbul etmirik. Bununla bağlı heç bir səbəb və üzürü qəbul etmirik. Belə bir anlaşmanın açıq şəkildə İslam ümmətinə, Fələstin xalqına, Qüds və Məscidül-Əqsada baş verən qarşıdurmalara xəyanət olduğuna inanırıq. Bəli, İsraillə anlaşmaq, Sionistlərlə yaxınlaşmaq ümmətə və insanlığa qarşı işlənmiş bir suçdur və xəyanətdir.” /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru