İstanbulda taksi sürücüləri Trampa etiraz etdilər - FOTO

İstanbulda taksi sürücüləri Trampa etiraz etdilər - FOTO

-- Etirazçılar ABŞ-a məxsus “Uber” taksi xidmətindən vətəndaşların istifadə etməmələri tövsiyyə edilib

İstanbulda taksi sürücüləri ABŞ-ın Qüdsü işğalçı İsrail rejiminin paytaxtı kimi tanımasına etiraz ediblər.
 
Maide.Az Azvision.az-a istinadən xəbər verir ki, sürücülər Türkiyə bayraqlarını avtomobillərdən asaraq, Trampa etirazlarını bildiriblər.
 
Sürücülər ABŞ-ın İstanbuldakı Baş konsulluğunun qarşısında toplaşıblar. Etirazçılar “Qatil İsrail”, “Fələstindən əlini çəkin”, “Tramp, çaşma, səbr kasamızı doldurma” deyə plakatlar tutublar. 
 
Etiraz zamanı taksi sürücülərinin müraciəti oxunub.
 
Məlumatda dünyanın bir sıra şəhərlərində istifadə edilən ABŞ-a məxsus “Uber” taksi xidmətindən vətəndaşların istifadə etməmələri tövsiyyə edilib. 
 
 
 

Google+ WhatsApp ok.ru