İstanbulda Yəmənə görə Səudiyyəyə qarşı etiraz aksiyası keçirilib (FOTO) 12 Noyabr 2018 10:39 Yəmən “Zeynəbiyyə Gəncləri Hərəkatı Forumu”nun təşkilatçılığı ilə Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğu qarşısında etiraz aksiyası keçirilib. Maide.Az "SalamNews" istinadla xəbər verir ki, etiraz aksiyalarında Səudiyyə Ərəbistanın Yəməndəki cinayətləri pislənilib və bu cinayətlərin bitməsi üçün dünya ictimaiyyətinin hərəkətə keçməsi tələb edilib. Aksiyalarda Səudiyyə hakimiyyətinə qarşı şüarlar səsləndirən aksiyaçılar husi lideri Əbdül-Məlik Husinin fotolarını da daşıyıblar. Aksiyanın yekun bəyanatında Səudiyyə tərəfindən Yəmən xalqının cəza çəkdiyi, 2015-dən indiyədək bu ölkənin başlatdığı müharibə ucbatından 50 min nəfərin öldüyü və 28 milyonluq əhalidən 22 milyonunun humanitar yardımlara möhtac vəziyyətə düşdüyü deyilib. Teqlər : #İstanbulda,#Yəmənə,#görə,#Səudiyyəyə,#qarşı,#etiraz,#aksiyası,#keçirilib,#(FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əbdülməlik Husi: “Yəmənə hücumların arxasında birbaşa ABŞ dayanır” BMT: Yəmənə hücumlarda 6800 dinc insan qətlə yetirilib
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'