İstanbulda yenidən bələdiyyə seçkiləri keçiriləcək 06 May 2019 21:31 Dünya Türkiyə Ali Seçki Qurumu (Yüksək Seçim Kurulu (YSK)) İstanbulda bələdiyyə seçkilərinin ləğvi və yenidən keçirilməsi barədə qərar verib. Trend-in məlumatına görə, YSK seçkinin nəticələri ilə bağlı etirazlarla əlaqədar keçirdiyi iclasın sonunda belə bir qərar verib. Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb. Hakim partiya İstanbulda səsvemənin nəticəsinə etiraz edirdi. Teqlər : #İstanbulda,#yenidən,#bələdiyyə,#seçkiləri,#keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Şeyx İsa Qasim Bəhreyn xalqına müraciət etdi Meksikada təyyarə qəzaya uğrayıb: 14 nəfər həlak olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO