İstanbulda zəhərli spirtli içkidən ölənlərin sayı 26 nəfərə çatıb

Oktyabrın 18-dən bəri İstanbulda tərkibində zəhərli maddə olan spirtli içkilərdən ölənlərin sayı 26 nəfərə çatıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Milliyet" qəzeti xəbər yayıb.
 
Xəstəxanalara müraciət edən zəhərlənənlərin ümumi sayı 91 nəfərdir. Bildirilir ki, hazırda onların 9-u reanimasiyada, 6-sı isə palatalarda müalicə olunur. /
 

Google+ WhatsApp ok.ru