İstanbul polisi xüsusi əməliyyat keçirir

İstanbul polisi tərəfindən bu gün xüsusi əməliyyat həyata keçirilir. Trend bu barədə Anadolu agentliyinə istinadən xəbər verir.
 
Xüsusi əməliyyat çərçivəsində solçu terrorçu təşkilatlarla əlaqələrdə şübhəli bilinən 6 nəfərin saxlanıldığı bildirilir.
 
Məlumatlarda eyni zamanda qeyd olunur ki, xüsusi əməliyyat bu gün şəhərin bir neçə rayonunda həyata keçiriləcək.
 
Qeyd edək ki, Türkiyədə indiyə kimi keçirilən antiterror əməliyyatlarında 2500-dən artıq şəxs həbs olunub. /

Google+ WhatsApp ok.ru