İstanbul QHT-ləri əhalini beynəlxalq Qüds günündə aktiv iştirak etməyə çağırıb

İstanbulda fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatları (QHT) müştərək bəyanat yayaraq Türkiyə xalqını Beynəlxalq Qüds günü keçiriləcək mitinqlərdə aktiv iştirak etməyə çağırıb.

İrna xəbər agentliyinin məlumatına görə,  İstanbul şəhərində fəaliyyət göstərən bir neçə QHT-dən ibarət olan  “Qüds sevərlər” Konqresi bu gün bəyanat yayıblayıb.

Bəyanatda Türkiyənin müsəlman xalqından İstanbulun Fatih məscidində təşkil olunacaq cümə namazında və Qüds günü mitinqlərində aktiv iştirak etməsi tələb olunur.

“Qüds və İşğal olunmuş ərazilərin sionist rejimin caynağından azad etmək üçün Beynəlxalq Qüds günündə mitinq keçirəcəyik və bir daha Ramazan ayının sonuncu cümə günündə “Qüdsə azadlıq” fəryadlarımızı ucaldacayıq”,-deyə bəyanatda bildirilir.   

Qeyd edək ki, Ramazan ayının sonuncu cümə günü İslam İnqilabının banisi İmam Xumeyni (rə) tərəfindən Beynəlxalq Qüds günü kimi adlandırılıb . Hər il dünyanın müxtəlif ölkələrində müsəlmanlar Qüds günündə sionist rejimin irqçilik siyasətlərini pisləyir və Fələstinin məzlum xalqına dəstək üçün mitinqlər keçirirlər.

 

 

Google+ WhatsApp ok.ru