İstifadəçilər ‘YouTube’un işində problemlərlə üzləşdiklərini bildirir

İstifadəçilər ‘YouTube’un işində problemlərlə üzləşdiklərini bildirir

"YouTube" onlayn-videohostinqin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.
 
Maide.Az xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
 
Portalın məlumatına əsasən, texniki qüsurlar bütün dünyada, həmçinin Rusiya, ABŞ, Ukrayna, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya və Braziliyada qeydə alınıb.
 
Bildirilir ki, istifadəçilərin şikayətlərinin 59 faizi videoların yayımında problemlərin olduğunu, 28 faizi saytın düzgün işləməməsini, 11 faizi isə öz hesabına daxil ola bilməməsini bildirir.
 

Google+ WhatsApp ok.ru