İstirahət günlərində Azərbaycanda yol qəzalarında 9 nəfər həlak olub

Qurban bayramı günlərində Azərbaycanda baş verən yol qəzalarının statistikası açıqlanıb.
 
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, son 4 gündə respublikanın avtomobil yollarında 45 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 9 nəfər ölüb, 47 nəfər xəsarət alıb.
 
Baş vermiş yol qəzalarından 20-si piyadaların vurulması ilə bağlı olub. Nəticədə 5 nəfər ölüb, 16 nəfər yaralanıb.

Google+ WhatsApp ok.ru