İstirahət gününə olan hava proqnozu açıqlanıb

İstirahət gününə olan hava proqnozu açıqlanıb

-- Bakıda mülayim şimal-şərq küləyi əsəcək

Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə yarımadanın bəzi yerlərində az yağıntılı  olacağı  gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
 
Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 2-4 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək  778 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
 
Yanvarın 28-də Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.
 

Google+ WhatsApp ok.ru