İstirahət günlərində hava proqnozu açıqlanıb

İstirahət günlərində hava proqnozu açıqlanıb

-- fasilələrlə leysan xarakterli yağış yağacaq

Böyük və Kiçik Qafqazda iki gün ərzində nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq.
 
Maide.Az bildirir ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,fasilələrlə leysan xarakterli yağış yağacaq.
 
Havanın temperaturu dağətəyi rayonlarda 22-27, dağlıq rayonlarda 12-17 dərəcə isti təşkil edəcək.
 
Lənkəran-Astara bölgəsinə üz tutanları iyunun 9-da arabir yağışlı hava şəraiti gözləsə də, iyunun 10-da gün ərzində yağmursuz hava müşahidə olunacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.
 
Aran rayonlarında arabir leysan xarakterli yağış yağacaq.İyunun 10-da gündüz isə hava şəraiti yağmursuz olacaq. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.
 
Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı, iyunun 9-da axşam, iyunun 10-da gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 25-30 dərəcə isti təşkil edəcək.
 
Bakıda iyunun 9-da gecə və səhər arabir yağışlı hava şəraiti müşahidə olunsa da, iyunun 9-u gündüz, iyunun 10-da gün ərzində hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-29 dərəcə isti təşkil edəcək.

Google+ WhatsApp ok.ru