İstirahət günlərində yol qəzalarında 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb

İstirahət günlərində yol qəzalarında 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb

Ötən şənbə və bazar günləri daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
 
Maide.Az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, noyabrın 9-u və 10-da törədilən 31 cinayətin üstü “isti izlər”lə açılıb. 
 
Əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması təmin olunub.
 
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 8 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 7 nəfər xəsarət alıb. 
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb.
 

Google+ WhatsApp ok.ru