Stiv Cobun atası müsəlman imiş - gizli faktlar - FOTO

Deyirlər dünyanı üç alma dəyişib: Adəmin alması, İsak Nyutonun alması və Stiv Cobsun alması. Dünyada öz kəşfi ilə tanınan Stiv Cobsun həyatı hər kəs üçün çox maraqlıdır. Bilirsinizmi “Apple ” şirkətinin qurucusu eyni ölkədə yaşamasına baxmayaraq, öz doğma ata və anasını heç bir zaman görməyib.
 
Bioloji anası olan Joanne Karol Schieble almaniyalı və İsveçrə kökənli  atası Abdul Fattah Jandali suriyalı qaçqın olaraq ABŞ-da məskunlaşmışdır. Onun atası uzun müddət ABŞ-da otel və kazino rəhbərinin müavini olaraq çalışmışdır. Amerika mediasında Candali haqqında çox az məlumat var. Verilən məlumata görə Cobs illər boyu  atasının,  bacısının kimliyini gizli saxlanmasına səy göstərmişdir.
 
 “Fortune” jurnalına müsahibəsində  atası qeyd edib ki, o ABŞ-ın “Wisconsin Universiteti”nin İqtisadiyyat və Siyasət ixtiasasında təhsil alıb. Wisconsin universitetində oxuyan zaman Candali  Joanne Carol Schieble adlı qadınla tanış olub. Ondan  hamilə olmasına baxmayaraq, qızın mühafizəkar atası onunla evlənməyə qoymayıb.
 
Daha sonra ana yeni doğulan körpəni Paul və Klara cütlüyünə övladlığa verib. Joanne dəfələrlə qaldığı yerdən köçən ailənin izini bir müddətdən sonra tamamilə itirir.
 
Bir neçə aydan sonra isə Candali və Joanne yenidən qovuşub  evlənirlər. Bir il sonra isə onların Mona adlı qızları dünyaya gəlir. Bir müddətdən  sonra onlar boşanır. Və hər ikisi ayrı-ayrı öz həyatlarına davam edir.
 
Onu da  qeyd edək ki, Stiv Cobsun atası müsəlmandır.
 
Stiv Cobs dünyasını dəyişdikdən sonra onunla bağlı bütün real faktlar ortaya çıxır.
 
 
(atv)

Google+ WhatsApp ok.ru