ÜST koronavirusun insandan insana keçməsi statistikasını açıqlayıb 19 Fevral 2020 09:05 Dünya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ COVID-19 koronavirusunun insandan insana keçməsi üzrə 100-ə yaxın fakt qeydə alıb. Bunu ÜST-nın baş direktoru Tedros Adhanom Qebreyesus deyib. A.Qebreyesus bildirib: "Hazırda Çindən kənarda, 12 ölkədə COVID-19 koronavirusunun insandan insana keçməsi üzrə 92 fakt qeydə alınıb. Xəstəliyin ciddiliyini və ya ölüm səviyyəsini müqayisə etmək üçün Çindən kənarda qeydə alınan hallar üzrə kifayət qədər məlumatımız yoxdur". Onun sözlərinə görə, ÜST hər bir xəstəlik halının inkişafını daha yaxşı başa düşmək üçün yoluxmaların qeydə alındığı dövlətlərlə birlikdə vəziyyəti izləyir. Eyni zamanda, ÜST "Diamond Princess" kruiz laynerində yoluxanlar istisna olmaqla hələki virusun insandan insana davamlı keçməsi faktını qeydə almayıb. Bildirilir ki, kruiz laynerində yoluxan insanlarda COVID-19 koronavirusunun yüngül forması müəyyən edilib, sərnişinlərin əksəriyyəti isə sağlamdır. /Trend Teqlər : #ÜST,#koronavirusun,#insandan,#insana,#keçməsi,#statistikasını,#açıqlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İlhan Ömər: ABŞ-da 11 milyon uşaq aclıqdan əziyyət çəkir Şoyqu: ABŞ bu neft yataqlarını talan edir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO